14 iyul 2012 01:04
“Xəzər Lənkəran Jetisudan daha güclü komandadı”
Polşanın “Lech” klubunun serbiyalı hücumçusu İvan Durdeviç Avropa Liqasının ilk təsnifat mərhələsindəki rəqibləri olan Qazaxıstanın “Jetisu” komandası ilə “Xəzər Lənkəran”ı müqayisə edib. Azerisport.az xəbər verir ki, 35 yaşlı təcrübəli futbolçu açıqlamasında bunları dilə gətirib:
“Fikrimcə, “Xəzər Lənkəran” “Jetisu”dan çox güclüdü. Əlbəttə, biz onları məğlub edə bilərik. İlk iki oyun göstərdi ki, bizim üzərində işləməli olduğumuz nələrsə var. Rəqibin heyətinə baxmışam. Orda bir neçə braziliyalı var. Həmçinin Rumıniyadan da futbolçuları var. Üstəlik, bildiyim qədərilə Azərbaycanda Qazaxıstandakından da isti var. Hər şeyə rəğmən sakitliyimi qoruyuram. Hər şey yaxşı olacaq”.