14 iyul 2012 01:12
Diniyev: Bakının futbolçuları oynamırsa, bunda Novruz Əzimovun nə günahı var?
Futbol üzrə Azərbaycan yığmasının sabiq baş məşqçisi Şahin Diniyev “Bakı”nın Sloveniya “Mura”sına məğlubiyyətini şərh edib. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Bakı”nın mərhələ adlaya bilməməsinə görə yalnız Novruz Əzimovu günahlandırmaq olmaz. Siz Maris Verpakovski, Uinston Parks, Aleksandr Şoliç kimi futbolçuların durumuna baxın. Onlar böyük pullar alırlar, amma oynamaq istəmirlər. Peşəkar olmaq lazımdı. Hər kəsə aşkar görünürdü ki, futbolçular qələbə qazanmaq istəmirlər. Buraxılan qoldan sonra onlar qaçmaq istəmirdilər. Oyunu mümkün qədər tez bitirməyə çalışırdılar. Məşqçi sadəcə tapşırıqlarını berir. Əgər futbolçu bu tapşırıqları yerinə yetirmirsə, bunda məşqçinin nə günahı var”?