14 iyul 2012 13:11
Ramin Musayev: Qarabağa güzəşt olunmayacaq
Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev "Qarabağ"ın yeni mövsümdə ev oyunlarını hansı stadionda keçirəcəyi ilə bağlı məsələyə aydınlıq gətirib. Azerisport.az xəbər verir ki, o, məsələyə münasibət bildirərkən bunları söyləyib:
“Ağdam təmsilçisi ev oyunlarını ya Bakıda, ya da Quzanlı qəsəbə stadionunda keçirməlidi. Biz onlara güzəştə getməyəcəyik. Hansı ki, ötən mövsüm bir rəqibini burda qəbul edirdi, birini Quzanlıda. Seçim etmək lazımdı və bütün oyunlar da həmin arenada keçirilməlidi”.
Qeyd edək ki, "Qarabağ" tərəfi oyunların bəzilərinin Bakıda, bəzilərinin isə Quzanlıda keçirilməsini istəyir. Amma PFL-in yalnız bir arеna seçməklə bağlı tələbi səbəbindən Ağdam klubu güman ki, bütün ev oyunlarını Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda həyata keçirəcək.
