14 iyul 2012 13:24
Ramin Musayev: Teleyayım 90 faiz həll olunub
Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev yeni mövsüm üçün Premyer Liqanın teleyayım hüququ ilə bağlı məsələyə aydınlıq gətirib. Azerisport.az xəbər verir ki, o, artıq çempionatın yayım hüququnun 90 faiz həll olunduğunu bildirib:
"Çempionatın teleyayım hüququ 90 faiz həll olunub. Bu yöndə klublardan da razılıq almışıq. Çalışacağıq ki, bütün oyunlar razılıq əldə etdiyimiz kanal vasitəsilə canlı yayımlansın. Canlı verilməyən matçlar isə PFL-in rəsmi saytında nümayiş olunacaq. Bununla bağlı artıq bütün zəruri texiniki avadanlıqlar da alınıb".
