14 iyul 2012 01:17
Xəzər Lənkəranın taleyi Todorovun əlində
Avropa Liqasının ikinci təsnifat mərhələsində keçiriləcək “Lech” – “Xəzər Lənkəran” matçının baş hakimi açıqlanıb. Azerisport.az xəbər verir ki, UEFA Poznandakı “Mieyski” stadionunda keçiriləcək oyunu bolqarıstanlı referiyə tapşırıb.
Bakı vaxtı ilə saat 23:00-da başlayacaq qarşılaşmanı Stanislav Todorov idarə edəcək. Onun köməkçilərinin kimliyinə hələ aydınlıq gəlməyib.
Stanislav Todorov 1976-cı ildə dünyaya gəlib. 32 yaşlı ədalət təmsilçisi 2006-cı ildən FFİA referisidi.
Qeyd edək ki, “Xəzər Lənkəran”la “Lech” arasında Lənkəranda baş tutacaq ilk oyunu avstriyalı Robert Şkorgenofer idarə edəcək.
