14 iyul 2012 18:06

Xəzər Lənkəranın Avroliqa “11-liy”i

Avropa Liqasının birinci təsnifat mərhələsinin “Nomme Kalju” ilə Estoniyadakı cavab oyunu “Xəzər Lənkəran” üçün bir sıra maraqlı məqamlarla əlamətdar olub. Azerisport.az xəbər verir ki, 2:0 hesablı qələbə ilə bitən səfər oyunundakı məqamlardan rəmzi “11-lik” hazırlamaq da mümkündü.
 
1 – “Xəzər Lənkəran” avrokuboklarda 1-ci qələbəsini qazandı. Bunadək baş tutan 11 oyunda komanda 5 heç-heçə edib, 6 məğlubiyyətlə üzləşmişdi.
2 – “Xəzər Lənkəran”ın hücumçusu Branimir Subaşiç ardıcıl 2 oyundur meydanı qolsuz tərk etmir. O, Avropa Liqasının I təsnifat mərhələsinin “Nomme Kalyu” ilə həm Azərbaycan, həm Estoniyadakı oyununda qol vurub. Bununla da Branimir 3 qol sahibi Zaur Ramazanovdan sonra avrokuboklarda “Xəzər Lənkəran” üçün 1-dən artıq ol vuran 2-ci oyunçu olub.
3 – “Xəzər Lənkəran” avrokuboklarda 3 oyundur uduzmur. Ötən mövsümün İsrail “Makkabi”si (Təl-Əviv) ilə qolsuz heç-heçədən sonra “Nomme Kalyu” ilə oyunlarda (2:2, 2:0) seriya 3-ə çatdı. Ümumilikdə isə “Xəzər Lənkəran” artıq 6 oyundur uduzmur.
4 – “Xəzər Lənkəran” avrokubokların bir duelində 4 qol vurdu. İndiyədək futbolçularımız ən yaxşı halda eyni rəqibə 2 qol vurmuşdu.
5 – “Xəzər Lənkəran”ın baş məşqçisi Yunis Hüseynov bu postda 5-ci qələbəsini qazandı. O, buna 12 oyunda nail olub. Maraqlıdır ki, bu matç həm də komandanın avrokuboklarda 12-ci oyunu idi.
6 – “Xəzər Lənkəran” avrokuboklarda qarşılaşdığı 6 komandanın hər birinə ən azı 1 qol vurub.
7 – Estoniyadakı qarşılaşmada hesabı açan Ruslan Abışova qədər “Xəzər Lənkəran” formasında avrokuboklarda 7 oyunçu qol sevinci yaşamışdı. Bu 7 futbolçuya qoşulub 8-ci olan müdafiəçi həm də klubda qol hesabını açdı. Bunu 2-ci görüşdə bacaran Ruslan komandanın tarixinə 73-cü qolçu kimi daxil oldu.
8 – “Xəzər Lənkəran” avrokuboklarda ilk mərhələni yarandıqdan 8 il sonra, 6-cı cəhddən keçdi.
9 – Branimir Subaşiç “Xəzər Lənkəran”da ümumilikdə 9-cu qolunu vurub klub tarixinin ən yaxşı bombardirləri siyahısında 16-cı yerə yüksəldi.
10 – Rahid Əmirquliyev avrokuboklarda 10-cu dəfə ağ-yaşıl forma ilə meydana çıxdı. Yubiley qeyd edən kapitan bu göstəricidə klubun rekordçusudur.
11 – Ruslan Abışovun qolu avrokuboklarda yubiley – 10-cu qol oldu. Branimir Subaşiçin qolu ilə rəqib qapılarından keçirilən topların sayı 11-ə çatdı.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.