14 iyul 2012 19:02
Azərbaycanın yeddi klubu UEFA reytinqində
UEFA klubların yeni reytinq cədvəlini açıqlayıb. Azerisport.az xəbər verir ki, Çempionlar Liqası və Avropa Liqasının birinci təsnifat mərhələsinin oyunları başa çatandan sonra açıqlanan siyahıda yeniliklər olub.
Bu dəyişikliklər Azərbaycan klublarına da təsir edib. Reytinq cədvəlində 7 klubumuz yer alıb. Ən yaxşı göstəricimiz avrokuboklardan kənarda qalan “Qarabağ”a məxsusdu – 208-ci yer. “Bakı” 270-ci, “Neftçi” 280-ci, “İnter” 299-cu yerdə qərarlaşıb. “Xəzər Lənkəran” 320-ci, AZAL və “Simurq” isə 379-cu yeri tutur.
Qeyd edək ki, reytinq cədvəlinə “Barcelona” (İspaniya) başçılıq edir – 134,405 xal. “Bayern” (Almaniya) 2-ci (114,680), “Manchester United” 3-cü (113,764) yeri tutur.
208. Qarabağ – 5,308
270. Bakı – 3,558
280. Neftçi – 3,308
299. İnter – 3,058
320. Xəzər Lənkəran – 2,558
379. AZAL – 1,558
379. Simurq – 1,558
