14 iyul 2012 19:12
İnter Asteras ilə oyunun hazırlığına başladı
Avropa Liqasının birinci təsnifat mərhələsində "Trans" (Estoniya) komandasını üstələyən "İnter" növbəti mərhələyə vəsiqə qazandı. Azerisport.az xəbər verir ki, ikinci mərhələdə komandamız Yunanıstanın "Asteras" klubuyla qarşılaşacaq.
"Trans"la oyundan sonra "İnter" bir gün istirahət etdi. Bu gündən etibarən isə "Asteras"la oyunun hazırlığına start verilib. “Bankirlər” məşq prosesini "Şəfa" stadionunun trenajor zalında açıb. Sabah isə "İnter" "Dalğa Arena" stadionunda iki dəfə məşqə çıxacaq.
Qeyd edək ki, "İnter" - "Asteras" matçı iyulun 19-da baş tutacaq. Görüş saat 21:00-da başlayacaq. Qarşılaşmanın baş hakimi danimarkalı Lars Kristoffersen olacaq.
