14 iyul 2012 11:39
Manisaspor Qarabağla oyuna çıxmaqdan imtina etdi
“Qarabağ” Qızılcahamamdakı təlim-məşq toplanışını başa vurub. Azerisport.az xəbər verir ki, iyunun 30-dan “Patalya” otelində məşq keçən komanda hazırlığın ilkin mərhələsini yekunlaşdıraraq Bakıya geri qayıdır.
Hazırlığın sonuncu günündə “Qarabağ”ın “Manisaspor”la yoxlama oyunu nəzərdə tutulmuşdu. Amma manisalılar hazır olmadığını bildirdiyindən oyun baş tutmayıb. Belədə “Qarabağ” günü 2 məşqlə bitirib.
Bu gün Ankara-Bakı reysiylə vətənə dönən komanda paytaxda 3 gün qalacaq. “Qarabağ” iyulun 17-də yenidən Türkiyəyə qayıdaraq təlim-məşq toplanışının 2-ci mərhələsinə start verəcək. Ağdam klubu bu dəfə Boluya hərəkət edəcək. Daha doğrusu, Bolunun Gerede qəsəbəsində məskunlaşacaq. Bolu səfəri 13 gün çəkəcək. İyulun 30-da komanda Bakıya dönəcək.
