14 iyul 2012 00:17
Yunanıstan mətbuatı: İnter təhlükəli rəqibdi
Yunanıstan mətbuatı bu ölkənin Avropa Liqasındakı təmsilçisi “Asteras”ın ikinci təsnifat mərhələsindəki rəqibi “İnter”lə oyunlarda şanslarını dəyərləndirib. Azerisport.az xəbər verir ki, yunan həmkarlarımız Azərbaycan təmsilçisinin təcrübəsinə görə daha öndə olduğunu vurğulayıb.
“İnter” heç də sıradan bir komanda deyil. Komandanın tarixi 1997-ci ildən başlasa da, “Asteras”a nisbətən avrokuboklarda daha təcrübəlidi. Buna qədər Bakını təmsil edən komanda dörd dəfə avrokuboklara qatılıb. Amma “Asteras” bu mövsüm avrokuboklarda debüt edir. Demək olar ki, “İnter” təhlükəli rəqibdi”.
