14 iyul 2012 00:29
Çiaberaşvili: Gürcüstan çempionu Azərbaycan klubunu məğlub etməlidi
Gürcüstan çempionu “Zestafoni”nin baş məşqçisi Georgi Çiaberaşvili müsahibəsində UEFA Çempionlar Liqasında “Neftçi”yə qarşı keçirəcəkləri oyunlardan, oyunçularının hazırlığından, Azərbaycan klubunun büdcəsindən, eləcə də komandasının üstünlüklərindən danışıb. Azerisport.az həmin müsahibəni təqdim edir.
- Gələn həftə komandanızı çox çətin sınaq gözləyir. “Zestafoni” “Neftçi” ilə oyunlara nə dərəcədə ciddi hazırlaşa bilib?
- Biz Avstriyada yaxşı hazırlıq dövrü keçdik. Bir neçə yoxlama oyunu keçirdik. Şərait sadəcə ideal idi. Elə hava şəraiti də. Bütövlükdə, razı qaldım. Biz bəzi məsələlərə cavab tapa bildik.
- Biz Avstriyada yaxşı hazırlıq dövrü keçdik. Bir neçə yoxlama oyunu keçirdik. Şərait sadəcə ideal idi. Elə hava şəraiti də. Bütövlükdə, razı qaldım. Biz bəzi məsələlərə cavab tapa bildik.
- Məsələn?
- Biz onu müəyyənləşdirməliydik ki, bəzi futbolçuların gedişindən sonra necə futbol sərgiləyə bilirik? Tornike Qriqalaşvili, Quram Samuşiya, Luka Ququçiya, Mixail Sardalişvili göstərdilər ki, əsas komandada oynaya bilərlər.
- Şota Qriqalaşvilinin davamçısı ola biləcək kimsə var?
- Şota kimi futbolçunu itirəndə, ona əvəzləyici tapmaq asan olmur. Amma hərdən bu, əks fayda da verir. Şəxsən mən orta sahədə Samuşiya və Ququçiyaya böyük ümidlər bəsləyirəm. Şotanı Şarikadze də əvəz edə bilər.

- Hansı sistemi seçəcəksiz: 4-4-2, ya 4-3-3?
- Keçən dəfə biz 4-4-2 sxemi ilə oynayırdıq.
- Sizcə, Georgi Kaçkaçişvili Georgi Onianini əvəzləyə bilər?
- Kaçkaçişvili çox yaxşı müdafiəçidi. Onun böyük potensialı var. Amma o, mövsümün hazırlıqlarına çox gec başlayıb.
- Yəni “Neftçi” ilə oyunlara çıxmayacaq?
- Onun belə bir şansı azdı. Onunla yanaşı bizim başqa mərkəz müdafiəçilərimiz də var – Qriqalaşvili, Kobaxidze, Sacaya... Bu xəttlə bağlı bizdə hər şey qaydasındadı.
- Siz “Neftçi”nin də oyununu izləmisiz. Rəqib necə təsir bağışladı?
- Bəli, bir neçə oyunlarını izlədim. Onlar komandanı yeniləyiblər. Heyətə yeni futbolçular cəlb olunub. Demək olar ki, müdafiə və qapıçı istisna olmaq hər şey dəyişib. “Neftçi”nin legioner futbolçuları sayəsində yaxşı hücum potensialı var. Təbii ki, bu da klubun böyük büdcəsi ilə əlaqədardı.

- “Neftçi” ilə oyunlarda hansı üstünlükləriniz var?
- Bizim belə rəqibə qarşı çox yaxşı üstünlüyümüz var. Biz öz güclü tərəflərimizi yaxşı bilən komandayıq. Bunun üzərində uzun illərdi işləyirik. Düzdü, “Neftçi” də buna qısa zamanda nail olub. Ona görə də bu komandalar arasında ciddi səviyyə fərqi görmürəm. Şanslar bərabərdi. Amma Gürcüstan çempionu Azərbaycan klubunu məğlub etməldi.