14 iyul 2012 00:46
İnter üçün danimarkalı
Avropa Liqasının ikinci təsnifat mərhələsində keçiriləcək “Asteras” – “İnter” matçının baş hakimi açıqlanıb. Azerisport.az xəbər verir ki, UEFA Tripolisdəki “Asteras” stadionunda keçiriləcək oyunu danimarkalı referiyə tapşırıb.
Bakı vaxtı ilə saat 22:00-da başlayacaq qarşılaşmanı Lars Kristoffersen idarə edəcək. Onun köməkçilərinin kimliyi hələ məlum deyil.
Lars Kristoffersen 1972-ci ildə dünyaya gəlib. 40 yaşlı hakim 2008-ci ilin yanvar ayından FİFA referisidi.
Qeyd edək ki, “İnter”in “Asteras”la Bakıda keçirəcəyi oyunu macar Mihail Fabian idarə edəcək.
