14 iyul 2012 00:55
Xəzər Lənkəran Lech üçün başladı
Avropa Liqasının ikinci təsnifat mərhələsinin ilk oyununda Polşanın “Lech” klubunu qəbul edəcək “Xəzər Lənkəran” bu oyunun hazırlıqlarına start verib. Azerisport.az xəbər verir ki, komanda dünən Bakıdakı “Happy İnn” otelində bir araya gəlib.
Yunis Hüseynovun futbolçuları saat 10:30-da Binəqədidə yerləşən yol polisi idarəsinə məxsus stadionda məşqə çıxıb.
Qeyd edək ki, bu gün eyni məkanda və eyni vaxtda daha bir məşq keçəcək “Xəzər Lənkəran” bir gün sonra doğma şəhərə yollanacaq.
