14 iyul 2012 12:47
İnterdə qiyamət qopdu
İtaliyanın “İnter” klubu böyük bir qalmaqalla üz-üzədi. Azerisport.az xəbər verir ki, Joze Mourinyonun gedişindən sonra uğursuzluqlardan başı ayazımayan Milan təmsilçisinin rəhbərliyi bu dəfə də forma seçimi ilə azarkeşlərini ayağa qaldırıb.
Belə ki, klubun sponsoru olan firmanın “İnter” üçün hazırladığı alternativ formanı tamamilə qırmızı rəngdə etməsi fanatların kəskin narazılığına səbəb olub. Çünki “İnter”in əzəli rəqibi – “Milan”ın əsas rəngləri məhz qırmızı olduğundan, onlar öz klublarının da eyni rəngə müraciət etməsini qəbul etmək istəmirlər.
“İnter” azarkeşləri müxtəlif yollarla bu formalara qarşı çıxmaqdadılar. Onlar hətta prezident
Massimo Morattiyə etiraz məktubu da göndəriblər. Azarkeşlər bu rəngli formaları almamağı, həmçinin bir nəfər kimi oyunlar zamanı bundan istifadə etməməyi qərara alıblar.
