14 iyul 2012 12:53
Qəbələ millimizin forvardını transferə çıxardı
“Qəbələ” daha bir futbolçusunu transferə çıxarıb. Azerisport.az xəbər verir ki, bu, Azərbaycan millisinin də şərəfini qoruyan hücumçu Murad Hüseynovdu.
Bu səbəbdən futbolçu komandanın Sloveniyadakı təlim-məşq toplanışına da aparılmayıb. Hazırda o, özünə yeni klub axtarmaqla məşğuldu.
Qeyd edək ki, Hüseynov yay tətilindən artıq çəki ilə qayıdıb. Bu isə baş məşqçi Fatih Kavlakı razı salmayıb. Nəticədə türkiyəli mütəxəssis onunla yolların ayrılmasına qərar verib.
