15 iyul 2012 00:37

UEFA-dan AFFA-ya 780 min avro

UEFA 2011-2012-ci il mövsümündə Avropa kuboklarında təmsil olunan ölkələrin milli futbol federasiyalarına və qrup mərhələlərində iştirak etmiş klublara ödədiyi məbləği açıqlayıb. Azerisport.az xəbər verir ki, ödənişlərin siyahısı təsnifat mərhələsi və qrup mərhələsi üzrə ayrıca göstərilib.
 
Təsnifat mərhələsində çıxış edən klublara çatacaq vəsait cəm halında milli federasiyalara, qrup mərhələsindəki komandaların pulu isə onların özlərinə verilib. Siyahıya əsasən, UEFA AFFA-nın hesabına 780 min avro köçürüb. Bu məbləğin böyük hissəsi “Qarabağ”a çatacaq. Çünki Ağdam komandası ötən mövsüm Avropa Liqasında üçüncü təsnifat mərhələsinədək irəlilədiyi halda, “Neftçi” Çempionlar Liqasının, “Xəzər Lənkəran” Avropa Liqasının ikinci təsnifat mərhələsində, AZAL isə Avroliqanın birinci təsnifat mərhələsində mübarizəni dayandırıb.
 
Ən çox vəsait – 1 milyon 360 min avro Norveç Futbol Federasiyasına çatıb. Sonrakı yerdə 1,27 milyon avro qazanan Gürcüstan Futbol Federasiyası qərarlaşıb. İsveç 1,14 milyon avro, Serbiya və Slovakiya isə hərəyə 1 milyon avro irəli düşüb.
 
Çempionlar Liqasının (ÇL) qrup mərhələsində iştirak etmiş klublara üst-üstə 754 milyon avro, Avropa Liqasının qrup mərhələsində oynayanlara isə 150 milyon 360 min avro ödənilib. ÇL-in qalibi “Chelsea” (İngiltərə) 59 milyon 935 min avro, Avroliqanın qalibi “Atletico” (İspaniya) 10 milyon 517 min 916 avro qazanıb.
 
UEFA növbəti 3 mövsümdə klublara ödənişləri 22 faiz artıracağını açıqlayıb.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.