15 iyul 2012 00:43
AZAL Türkiyədə daha 3 sınaq matçı keçirəcək
AZAL yeni mövsümün hazırlıqlarını davam etdirir. Azerisport.az xəbər verir ki, hazırda Türkiyədə olan paytaxt klubu hazırlığın ikinci mərhələsini yekunlaşdırıb.
Qeyd edək ki, “təyyarəçilər” bu hazırlıq dövrünü İsparta şəhərində həyata keçirirdi. Bundan sonra isə hazırlıq Boluda davam etdiriləcək. Son hazırlıq dövründə AZAL daha üç yoxlama matçı keçirəcək. Oyunlar 18, 21 v 24 iyul tarixlərinə təsadüf edəcək. Rəqiblər də elə əsasən Türkiyə klubları olacaq.
Maraq üçün xatırladaq ki, AZAL İsparta hazırlığı dövründə də Türkiyə klubları ilə qarşılaşmışdı. Vaqif Sadıqovun yetirmələri “Antalyaspor”a 0:2 hesabıyla uduzduğu halda, “Mersin İdmanyurdu”na qalib gəlmişdi – 2:1.
