15 iyul 2012 00:56
PSG növbəti bombanı partlatdı
Fransanın “Paris Saint Germaine” klubu növbəti transfer bombasını partladıb. Azerisport.az xəbər verir ki, xeyli müdət idi bu komandaya keçidi gündəmdə olan futbolçulardan biri – İtaliyanın “Milan” klubunun braziliyalı müdafiəçisi Tyaqo Silva Fransa klubu ilə rəsmi müqaviləyə imza atıb.
Artıq Parisi təmsil edən klub rəsmi saytı vasitəsilə bu transferi tam bitirdiyini ictimaiyyətə çatdırıb. Fransızlar 27 yaşlı futbolçunun keçidinə görə 42 milyon avro xərcə düşüblər. Tərəflər 5 illik müqaviləyə imza atıblar. Tyaqo Silva ilinə 7.5 milyon avro qazanacaq. Mükafatlarla bu məbləğ 9 milyona qədər çıxa bilər.
Bu transferdən sonra Tyaqo Silva İngiltərənin “Manchester United” klubunun üzvü Rio Ferdinandın ardından dünyanın ən bahalı ikinci müdafiə oyunçusu ünvanına sahib çıxıb.
Avropa macərasına “Porto”da başlayan Tyaqo Silva ardından “Dinamo”da (Moskva, Rusiya) forma geyinsə də, özünü doğrulda bilməmiş və “Fluminense”yə qayıtmışdı. Məhz bu komandada özünü sübut edən futbolçu “Milan”a transfer olunmuşdu. Nəticədə Braziliya yığmasının oyunçusu İtaliyadakı oyunu ilə ən aparıcı müdafiəçilərdən birinə çevrilmişdi.
PSG-nin Tyaqo Silva ilə yanaşı “Milan”dan hücumçu Zlatan İbrahimoviçi də sıralarına qatmaq üzrə olduğu bildirilir.
