15 iyul 2012 01:18
İnterin rəqibi Bakıya nə vaxt və kimlərlə gələcək?
Avropa Liqasının ikinci təsnifat mərhələsində “İnter”in rəqibi olan Yunanıstanın “Asteras” klubunun ölkəmizə gələcəyi tarix müəyyənləşib. Azerisport.az xəbər verir ki, yunan klubu Bakıya oyundan iki gün öncə – iyulun 17-də gələcək.
Komanda oyundan əvvəl son məşqini iyulun 18-də matçın keçiriləcəyi “Dalğa Arena”da keçəcək.
Artıq "Asteras"ın Bakıya gələcək heyəti də açıqlanıb. Belə ki, Tripolis təmsilçisi paytaxtımıza 20 futbolçu ilə gələcək.
Baş məşqçi Sakis Tsiolisin müəyyənləşdirdiyi bu heyət Yunanıstanda keçiriləcək cavab matçında da "İnter"ə qarşı oynayacaq. Komandanın yeni transferi Marton Fülöp isə "İnter"lə oyunda forma geyinə bilməyəcək. Macarıstanlı qapıçının adı sifariş ərizəsinə daxil edilməyib.
Bakıya gələcək futbolçuların siyahısı belədi: Kristos Pipinis, Xuanito, Lautaro Formika, Emanuel Perrone, Anxel Sarantopulos, Fernando Ousero, Ruben Serna Rayo, Savvas Tsaburis, Leandro Alvares, Tasos Bakasetas, Nik Anastasopulos, Con Ntiniotakis, Sebastian Bartolini, Tsimas Navarro, Lefteris Gialousis, Hegon, Mixael Fraqulakis, George Bantis, George Georgakopulos, Tanasis Kostulas.
Qeyd edək ki, “İnter” – “Asteras” oyunu iyulun 19-da “Dalğa Arena”da baş tutacaq. Cavab matçı bir həftə sonra Yunanıstanda oynanılacaq.
