15 iyul 2012 13:15

Simurqda iki bolqarıstanlı futbolçu (FOTO)

Yeni mövsümə iddialı heyət qurmağı planlaşdıran "Simurq" Avstriyadakı təlim-məşq toplanışı zamanı bir neçə legioner futbolçunu baxışa dəvət edib. Azerisport.az xəbər verir ki, bu barədə bölkə klubunun rəsmi saytı məlumat yayıb.
 
Onlardan artıq ikisi komandanın düşərgəsinə qoşulub. Yarımmüdafiəçi Daniel Peyev və hücumçu Miroslav Antonov artıq bu gün baş tutan ilk məşqdə də iştirak edib. Onların hər ikisi Bolqarıstandadı. Sabah komandanın heyətinə yeni futbolçular təşrif buyuracaq.
 
Qeyd edək ki, Peyev 2002–2003 mövsümündə Sofiya “Lokomotiv”ində (17 oyun, 1 qol), 2004-2008-də “Rodopa Smolyan”da (83 oyun, 14 qol), 2008-2009-da “Pirin”də (48 oyun, 11 qol), 2010-2011-də “Slavia”da (55 oyun, 8 qol) çıxış edibi. 27 yaşlı futbolçu hazırda yenidən peşəkar karyerasına başladığı Sofiya “Lokomotiv”inə dönsə də, “Simurq”a keçidi baş tutsa, köhnə-yeni klubundan oyuna çıxmamış ayrılmalı olacaq.
 
Antonova gəlincə, o, bolqar hücumçu 1986-cı ildə anadan olub. O, peşəkar karyerasında 2005-2006 mövsümündə “Minyor”da başlayıb – 25 oyuna 5 qol. 2006-2008 mövsümündə “Montana” (42 oyun, 7 qol), 2008-2010 mövsümündə “Sportist Svoge” (44 oyun, 20 qol) klublarında çıxış edən futbolçu 2010-cu ildə Sofiya “Levski”sinə transfer olunub. Amma bu komandada cəmi 14 oyun (4 qol) keçirən Antonov elə həmin il icarə əsasında “Montana”da (8 oyun, 2 qol) çıxış edib. 2011-ci ildə “Ludogorets”ə transfer olunan oyunçu burda 8 oyuna 3 qol vurub. Son mövsümdə isə o, icarə əsasında “Montana”da oynayıb – 14 oyuna 7 qol. Transfer hüquqları hələ də “Ludogorets”ə məxsus olan oyunçunun “Simurq”dakı taleyinə yaxın günlərdə aydınlıq gələcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.