15 iyul 2012 13:30
İsveç İspaniyanı məğlub edib, Avropa çempionu oldu
Futbol üzrə 19 yaşadək qızlardan ibarət yığmalar arasında keçirilən Avropa çemipionatına yekun vurulub. Azerisport.az xəbər verir ki, Türkiyədə keçirilən və ilk dəfə düzənlənən çempionatın finalında İspaniya ilə İsveç yığmaları qarşılaşıblar.
Görüşün taleyini 1 qol həll edib. Baxmayaraq ki, görüşün 90 dəqiqəsində tərəflərdən heç biri sükutu poza bilməyib. Lakin əlavə vaxtın ikinci hissəsində - 108-ci dəqiqədə səhnəyə çıxan Melin Diasın vurduğu qol İsveçə Avropa çempionluğunu qazandırıb.
Beləcə, İsveç millisi ilk dəfə keçirilən bu Avropa çempionatının tarixinə düşmüş oldu.
