15 iyul 2012 01:31
AZAL ispaniyalı futbolçu ilə müqavilə imzaladı (FOTO)
AZAL Türkiyə toplanışı ilə yanaşı heyətini gücləndirməyə də davam edir. Azerisport.az xəbər verir ki, hazırlığın ikinci mərhələsi zamanı sınaqdan keçirilən futbolçulardan biri məşqçilər korpusunun ümidlərini doğrultmağı bacarıb.
Bu, ispaniyalı müdafiəçi Xuan Fransiskodu. Baş məşqçi Vaqif Sadıqovun istəyinə uyğun olaraq 26 yaşlı sol cinah müdafiəçisi ilə müqavilə imzalanıb. O, qardaş ölkədə keçirilən yerli “Antalyaspor” və “Mersin İdmanyurdu” qarşılaşmalarında yaxşı təsir bağışlayıb.
Razılığa əsasən ispaniyalı futbolçu qarşıdakı iki ildə AZAL-da çıxış edəcək. Xuan Fransisko elə müqaviləsinin müddətinə uyğun olaraq 2 nömrəli forma ilə oynayacaq.
