15 iyul 2012 14:03
Bakı Sumqayıt üzərində qələbə qazandı
2012/2013 mövsümü üçün hazırlığını davam etdirən “Sumqayıt” Futbol Klubunun əvəzedici komandası “Bakı”nın əvəzediciləri ilə yoxlama oyunu keçirib. Azerisport.az xəbər verir ki, “Bakı” Futbol Klubunun təlim-məşq bazasında baş tutan görüşdə meydan sahibləri 3:2 hesabı ilə qələbə qazanıblar.
“Sumqayıt”dan qolları Elmir Ağayev və Bayram Nuruzadə vurub.
