15 iyul 2012 14:42

İnter üçün tarixi şans

Məlum olduğu kimi, “İnter” iyulun 19-da UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinin ilk oyununa çıxacaq. Azerisport.az xəbər verir ki, bu qarşılşmada  "İnter"in rəqibi Yunanıstanın "Asteras" (Tripolis) komandası olacaq.
 
Qeyd edək ki, ayın 19-da "Dalğa-Arena" stadionunda baş tutacaq qarşılaşma "İnter" üçün avrokuboklarda sayca 11-ci matç olacaq. Komanda avrokuboklar çərçivəsində keçirilən 10 oyunda 3 qələbə qazanıb, 3 görüşü heç-heçə başa vurub, 4 görüşdə uduzub. Vurulmuş və buraxılmış toplarin fərqində isə (12:10) "İnter" öndədi. "İnter"in avrokuboklarda əldə etdiyi ən böyükhesablı qələbə bu mövsümdə qeydə alındı: "Trans" (Estoniya) - "İnter" - 0:5. “Bankirlər” ən böyükhesablı məğlubiyyətlə isə 2008/09 və 2009/10 mövsümünlərdə üzləşıb: "Partizan" - "İnter" (2:0) və "İnter"-"Spartak” (Trnava, 1:3).
 
Xatırladaq ki, “İnter” qitəmiqyaslı yarışlarda ilk dəfə 2008-ci ildə çıxış edib. O zaman "İnter" Çempionlar Liqasında oynayaraq ilk cəhddən mərhələ keçməyi bacarmışdı. Növbəti mövsümdə komanda UEFA Avropa Liqasında debüt edib, lakin o vaxt "İnter" elə birinci mərhələdə turnirdəki çıxışını başa vurmuşdu. 2010/11 мövsümündə komanda yenidən Çempionlar Liqasında mübarizə apardı. Amma drammatik ssenari ilə gerçəkləşən Polşanın "Lech" klubuyla matçlar uğursuz başa çatıb. Bu mövsüm isə Kaxaber Tsxadadzenin yerimələri artıq Avroliqada bir mərhələ keçməyə nail olublar. İndi "İnter" daha bir rəqibinə qalib gələrək klub tarixində avrokuboklardakı ən yaxşı nəticəsinə imza atmaq arzusundadı.
 
"İnter"in avrokubok oyunlarında göstərdiyi bütün nəticələrlə aşağıdaki cədvəldə tanış ola bilərsiniz:
 
Mövsüm
Yarış
Oyun
Hesab
2008/09
Çempionlar Liqası
İnter - Rabotniçki (Makedoniya)
0-0
2008/09
Çempionlar Liqası
Rabotniçki (Makedoniya) - İnter
1-1
2008/09
Çempionlar Liqası
İnter - Partizan (Serbiya)
1-1
2008/09
Çempionlar Liqası
Partizan (Serbiya)- İnter
2-0
2009/10
Avropa Liqası
Spartak (Slovakiya) - İnter
2-1
2009/10
Avropa Liqası
İnter - Spartak (Slovakiya)
1-3
2010/11
Çempionlar Liqası
İnter - Lech (Polşa)
0-1
2010/11
Çempionlar Liqası
Lech (Polşa) - İnter
0-1
2012/13
Avropa Liqası
Trans (Estoniya) - İnter
0-5
2012/13
Avropa Liqası
İnter - Trans (Estoniya)
2-0

 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.