15 iyul 2012 14:28

İqor Mitreski: Zestafoniyə Bakıda azı iki qol vurmalıyıq

Azərbaycan çempionu “Neftçi”nin makedoniyalı müdafiəçisi İqor Mitreski azerisport.az saytına müsahibəsində UEFA Çempionlar Liqasında Gürcüstan “Zestafoni”sinə qarşı keçəcəkləri oyunlardan danışıb.
 
- “Zestafoni” ilə oyunlara hazırlıq necə gedir?
- Hər şey öz axarıyla gedir. Adi qaydada hazırlaşırıq. Hazırlığımıza xüsusilə Avstriyada həyata keçirdiyimiz toplanışın çox köməyi dəydi. Biz bu toplanış çərçivəsində üç “Dinamo” (Kiyev, Buxarest, Zaqreb – azerisport.az), eləcə də Krasnodar “Kuban”ı ilə qarşılaşdıq. Zaqreblilərlə oyunumuz başa çatmasa da, “Neftçi”, demək olar ki, Çempionlar Liqasına hazır olduğunu göstərdi. Amma bəzi problemlər hələ də qalır və onların üzərində çalışmağımız lazımdı. Düşünürəm ki, ilk oyuna kimi hər şey qaydasına düşəcək.
 
- “Neftçi”nin heyətinə yeni qatdığı braziliyalı Bruno Bertuççi, çilili Nikolas Kanales və paraqvaylı Erik Ramos necə təsir bağışladı?
- Onlar hamısı yoxlama oyunlarında meydana çıxmaq imkanı qazandılar. Hər biri özünü yaxşı tərəfdən göstərməyə çalışırdı. Fikrimcə, onlara hələ tam uyğunlaşmaq üçün bir qədər də əlavə vaxt lazımdı. Legioner futbolçu bir aya öz maksimumunu ortaya qoya bilməz. “Neftçi”də həmişə əla legionerlər çıxış ediblər. Onların da hər biri komandanın nəticələrini yaxşılaşdırmağa çalışıblar.
 
- Hansı komandaya qarşı oyununuz daha çətin keçdi?
- Fikrimcə, “Kuban”a qarşı. Bu, toplanış çərçivəsində ilk oyunumuz olduğundan, nəticədə də özünü göstərdi. Rumınlarla, xorvatlarla da asan olmadı. Amma həmin oyunlarda öz gücümüzü göstərə bildik, inamlı təsir bağışladıq.

- Zaqreb “Dinamo”su üzərindəki qələbəni qismən də olsa, ötən mövsüm Çempionlar Liqasındakı məğlubiyyətlərin əvəzi saymaq olar?
- Müəyyən mənada saymaq olar. Amma bu oyunları eyni səviyyəli saymaq olmaz. Həm də yoxlama görüşü tam başa çatmadı. Bildiyiniz kimi, öncə azarkeşlər meydana axışdılar, buna görə matç bir neçə dəqiqə dayandı. 60-cı dəqiqədə isə hava şəraiti oyunu başa çatdırmağa imkan vermədi.
 
- Qarşıdan “Zestafoni” ilə ilk oyun gəlir. Sizi hansı nəticə qane edəcək?
- Əsas qol buraxmamaqdı. Bu, birincisi. İkincisi biz hücuma keçəcəyik ki, özümüz qol vuraq. Bir-iki qol belə oyunlarda çox şeyi həll edir. Bizə mütləq qol vurmaq lazımdı, özü də mümkün qədər çox. Hər bir hücumu qolla başa vurmaq olar. Ona görə də bunlardan yararlanmağa çalışmalıyıq. Ümidvaram ki, hücumçularımız öz bacarıqlarını nümayiş etdirə biləcəklər.

- Çoxları Azərbaycan çempionatının Gürcüstan birinciliyindən daha güclü olduğunu bildirirlər. Siz necə düşünürsüz?
- Fikrimcə, bu suala “Neftçi” ilə “Zestafoni” arasındakı oyunlar aydınlıq gətirəcək. Azərbaycan klubları transferlərə və infrastruktura çox böyük diqqət göstərir. “Zestafoni” ilə bağlı suallara isə 18- dəqiqənin tamamında aydınlıq gələcək. Heyət, potensial baxımından biz səviyyəmizi elə ilk oyundaca nümayiş etdirib, qələbə qazanmalıyıq. “Zestafoni”yə hörmətlə yanaşırıq. Amma “Neftçi” heç olmasa 2 qol vurmağa borcludu.
 
- “Zestafoni” üzərində qələbə “Neftçi”nin Avropa Liqasının pley-off mərhələsində mübarizə aparmasına da şərait yaradacaq...
- Bu, artıq sonranın işidi. İndi ən vacib məsələ Gürcüstan səddini keçməkdi. Daha sonra üçüncü mərhələ haqda düşünmək olar. Yəqin ki, ordakı rəqibimiz daha güclü komanda olacaq. Mən ÇL-də mümkün qədər çox irəli getməyimizin əleyhinə olmazdım. Bu, Avropanın ən güclü klub turniridi. Burda zəif rəqiblər olmur və hər kəs qələbəyə oynayır.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.