15 iyul 2012 14:53
Neftçi Gürcüstana yola düşür
"Neftçi"nin əvəzedici heyəti iyulun 16-da Gürcüstana yola düşəcək. Azerisport.az xəbər verir ki, komanda Kobuleti şəhəri yaxınlığındakı Ureki qəsəbəsində təlim məşq toplanışı keçəcək.
İyulun 29-na qədər davam edəcək hazırlıq prosesi çərçivəsində əvəzedicilər 3 yoxlama matçında qüvvəsini sınayacaq. Sınaq qarşılaşmaları iyulun 21, 25 və 28-ə planlaşdırılıb.
Əvəzedici komanda Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin cavab oyununda "Neftçi"nin əsas komandasını dəstəkləmək üçün Zestafoniyə yollanacaq.
Həmin qarşılaşma iyulun 24-də Bakı vaxtı ilə saat 22:00-də keçiriləcək.
