15 iyul 2012 15:17

“Komanda çempionluğun mümkünlüyünə inanmalıdı”

Yeni mövsümdə qarşısına böyük hədəflər qoyan “Qəbələ” bu iddiasını reallaşdırmaq üçün bir neçə transfer həyata keçirdi. Azerisport.az xəbər verir ki, bu transferlərdən biri də təcrübəli braziliyalı qapışı Dieqo Koşta Silva oldu. Komandaya Qəbələdəki təlim-məşq toplanışı zamanı qoşulan kiper artıq özünü kollektivin ayrılmaz hissəsi hesab edir. 
 
- 2 həftədən artıqdır ki, “Qəbələ”nin üzvüsən. Yeni komandan haqda təəssüratlarını bilmək maraqlı olardı...
- İndiyə kimi yeni komandamla bağlı gördüklərim ən xoş sözlərə layiqdir. Şəraitdən sözün həqiqi mənasında zövq alıram. “Qəbələ” yeni klub olsa da, infrastrukturu sürətlə inkişaf edir. Bu cür şərait peşəkar, yüksək səviyyəli futbolçular yetişdirməyə imkan verir.
 
- Hazırlıqlarınız necə gedir?
- Hər şey qaydasındadır. Bütün kollektiv səylə çalışır. Hər kəs üzərinə düşən məsuliyyəti dərk edir. Çempionatda istədiyimiz nəticəni əldə etmək üçün fiziki və taktiki cəhətdən hazır olmalıyıq. Gün keçdikcə ideal hazırlıq səviyyəsinə biraz daha yaxınlaşdığımızı hiss edirik.
 
- Komandadakı daxili ab-hava necədir?
- Özümü çox pozitiv hiss edirəm. Bu bütün futbolçularda belədir. Hamı bir-birinə müsbət enirji verir. “Qəbələ” klubun gələcəyini düşünən, onun inkişafına səy göstərən insanlardan təşkil olunub.
 
- Komanda daxilindən söz düşmüşkən özünə arxada qoyduğumuz qısa müddət ərzində dost tapa bilmisən?
- Biz ailə kimiyik. Kollektivə qoşulduğum gündən hamı uyğunlaşmaqda mənə kömək edib. Komandada daha 3 braziliyalı – Dodo, Daniel Kruz və Bruno da Silva olduğuna görə ilk gündən heç bir çətinliyim olmadı. Artıq onlarla yaxın dostam. O cümlədən yerli və əcnəbi futbolçular da adaptasiya prosesində yardımçı olublar. Onlarla rahat anlaşa bilirəm. Təbii ki, bu prosesin sürətlə inkişafında məşqçilər korpusunun əməyini də unutmaq olmaz.
 
- “Qəbələ”nin bu mövsüm qarşısına qoyduğu məqsədlərdən xəbərdarsan. Fikrincə komanda bu məqsədinə - çempionluq hədəfinə çata biləcək?
- Futbol təcrübəmə əsaslanaraq onu deyə bilərəm ki, “Qəbələ”də çempion olmaq üçün həm infrastruktur baxımdan, həm də peşəkarlıq baxımından hər cür şərait yaradılıb. Lakin biz istədiyimiz hədəfə çatmaq üçün çox çalışmalı, klubun bütün üzvləri ilə qüvvələrimizi birləşdirməliyik. Hər kəs qələbəyə köklənməlidir, qələbə ab-havasında olmalıdır. Bütün kollektiv çempionluğun mümkünlüyünə inanmalıdır. Yalnız bundan sonra biz çempionluğu əldə edə biləcəyik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.