15 iyul 2012 15:31
Bakının hücumçusu Kipr klubuna keçir
“Bakı”nın transferə çıxardığı sabiq hücumçusu Serxio Kontreras özünə yeni klub axtarmağa davam edir. Azerisport.az xəbər verir ki, Koke ləqəbli ispaniyalı futbolçu karyerasını Kipr çempionatında davam etdirməyə daha çox yaxındı.
Belə ki, o, hazırda “Anortosis”lə danışıqlar aparır. Artıq bəzi mənbələr Kokenin Kipr klubu ilə anlaşdığını iddia edirlər.
