15 iyul 2012 11:28
Juninyo: Bakının belə bir rəqibə qol vura bilməməsini başa düşmək çətindi
“Bakı”nın yarımmüdafiəçisi Xavyer Junior Vilson azerisport.az saytına müsahibəsində komandasının Avropa Liqasındakı uğursuz çıxışının səbəblərindən danışıb.
- Düşünmürsüz ki, “Bakı” ümidləri qətiyyən doğrulda bilmədi?
- Mən də belə hesab edirəm. Düzü, nə deyəcəyimi bilmirəm. Sadəcə, sözüm yoxdu. Bunu heç kim gözləmirdi. Amma baş verdi. Çox təəssüf ki, “Bakı” Avropa Liqasındakı mübarizəsini elə ilk mərhələdə başa vurdu.

- Bu cür hücum potensialına malik olan komandanın Sloveniya “Mura”sı kimi rəqibə iki oyun ərzində bir dənə də qol vura bilməməsinə nə ad vermək olar?
- Heç bir ad vermək olmur. Bunu başa düşmək çətindi. Sualınıza necə cavab verəcəyimi bilmirəm.

- Bunda günahkar kimdi?
- Əgər biz qələbə qazansaydıq, bu, yalnız bizim xidmətimiz sayəsində baş tutacaqdı. Lakin əski oldu. Deməli, günahkar yalnız komandadı.
- Bəlkə rəqib sizin gözlədiyinizdən daha güclü idi?
- Biz öncədən də bilirdik ki, ciddi rəqiblə qarşılaşırıq. Hətta onu da deyirdik ki, bizim “Mura” üzərində yoxlama oyununda qazandığımız 4:0 hesablı qələbə heç kimi yanıltmasın. Mən sloveniyalıların oyununa təəccüblənmədim.

- Sizcə, “Bakı” bu oyunların hansında ciddi səhvə yol verdi ki, məğlubiyyətə də məhz bu səbəb oldu?
- Səhvlər hər iki oyunda var idi. Biz çoxlu qol epizodları yaratdıq. Amma onları qola çevirə bilmədik. Rəqib komanda isə əksinə ciddi heç nə ilə yadda qalmadığı halda, iki qol vurdu. İndi bu səhvlərdən nəticə çıxarmaq və bir daha təkrarlamamaq lazımdı.