15 iyul 2012 11:45
Neftçi yeni stadionda
Son Azərbaycan çempionu "Neftçi" yeni mövsüm üçün ev oyunlarını keçirməyə ehtiyat variant kimi yeni stadion sifariş etməyə hazırlaşır. Azerisport.az xəbər verir ki, paytaxt klubu ev oyunlarını 8-ci km qəsəbəsində yeni tikilən stadionda keçirmək fikrindədi.
Qeyd edək ki, sentyabrda start götürəcək 17 yaşadək qızlar arasında dünya çempionatına ev sahibliyi edəcək arenalardan biri olan bu idman qurğusu mundialdan sonra boş qalacaq. Bu boşluğu doldurmaq istəyənlərdən biri isə məhz “ağ-qaralar”dı.
Qeyd edək ki, "Neftçi" ev oyunlarını İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda keçirir. Lakin hazırda bu arena təmirə bağlanıb. Belədə, son çempion öz arenası hazır olana qədər məhz yeni tikilən stadiondan yararlana bilər. Baxmayaraq ki, “ağ-qaralar”ın daimi “məskəni” olan Tofiq Bəhramov adıan Respublika stadionu da hazırdı.
