15 iyul 2012 11:57
Qəbələnin Sloveniyadakı ilk rəqibi bəlli oldu
Sloveniyada hazırlıqlarını davam etdirən “Qəbələ”nin 14 günlük təlim-məşq toplanışı müddətində keçirəcəyi beş yoxlama oyunundan birincisinin vaxtı və rəqibin kimliyi müəyyənləşib. Azerisport.az xəbər verir ki, komanda iyulun 15-də Bakı vaxtı ilə saat 21:00-da Çexiya təmsilçisi “MFK Karvina” ilə münasibətlərini aydınlaşdıracaq.
“MFK Karvina” 2003-cü ildə yaradılsa da, klub 1921-ci ildə əsası qoyulmuş SK “Fristat”ın varisi hesab olunur. Klub Çexiya 2-ci liqasında mübarizə aparır.
