15 iyul 2012 00:08
Öncə Azərbaycan, sonra Gürcüstan çempionu
UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində iyulun 17-də Bakıda üzə-üzə gələcək "Neftçi" və "Zestafoni" klublarının bir gün öncə mətbuat konfransı keçiriləcək. Azerisport.az xəbər verir ki, öncə "Neftçi" klubunun nümayəndələri mətbuat qarşısına çıxacaqlar.
Son Azərbaycan çempionunun baş məşqçisi Böyükağa Hacıyevin mətbuat konfransı iyulun 16-da saat 19:30-da baş tutacaq. Saat 20:00-da isə "Neftçi"nin açıq məşqi keçiriləcək.
"Zestafoni"nin mətbuat konfransı isə saat 20:30-a nəzərdə tutulub. Mətbuat konfransından yarım saat sonra isə (21:00) "Zestafoni"nin məşqi keçiriləcək ki, bunun da ilk 15 dəqiqəsi mətbuat üçün açıq olacaq.
Qeyd edək ki, "Neftçi" - Zestafoni" matçı iyulun 17-də saat 21:00-da başlayacaq.
