15 iyul 2012 12:34
Simurq Almaniya və Türkiyə klubları ilə qarşılaşacaq
Yeni mövsümə hazırlıqları davam etdirən "Simurq" Peşəkar Futbol Klubu təlim-məşq toplanışının növbəti mərhələsi üşün Avstriyaya yollanıb. Azerisport.az xəbər verir ki, "Austria Trend Hotel"ində məskunlaşan komanda bu gün ilk məşqinə çıxıb.
Yağışlı hava səbəbindən yüngül tapşırıqlarla yekunlaşan təlimdə Georgi Çixradzenin yetirmələri qısa ötürmələr və iki tərəfli oyunla hazırlığı tamamlayıb.
Sabahdan gündə iki dəfə olmaqla təlim-məşq toplanışını davam etdirəcək “sarı-qaralar” Avstriyada dörd yoldaşlıq görüşündə gücünü sınayacaq. Georgi Çixradzenin başçılıq etdiyi komanda sonradan təşkilatçılar tərəfindən heç bir dəyişikliklər edilməzsə, iyulun 17-də Misirin "Əl Əhli", 20-də "Dinamo” (Drezden, Almaniya), 24-də "Lokomotik Plovdiv" (Bolqarıstan), 27-də isə "Kayserispor"la (Türkiyə) qarşı-qarşıya gələcək.
