16 iyul 2012 00:36

“Klublarımızın transfer siyasəti xoşuma gəlmir”

Azərbaycanın veteran futbolçusu Vidadi Rzayev azerisport.az saytına müsahibəsində “Bakı”nın Avropa Liqasındakı uğursuz çıxışından danışıb, eləcə də “İnter” və “Xəzər Lənkəran”ı tərifləməməyi təklif edib.
 
- Bu həftə klublarımız avrokuboklarda növbəti oyunlarına çıxacaqlar. Bu mənada diqqətlər daha çox Çempionlar Liqasındakı təmsilçimiz “Neftçi”nin Gürcüstan “Zestafoni”si ilə oyunlara yönələcək. Bu matçdan nə gözləyirsiz?
- Son günlərdə bu komandanın iştirakçıyla baş tutan üç oyuna baxmışam. Gürcüstan kanalı onların oyunlarını tez-tez göstərirlər. Yaxşı komandadı. Amma “Neftçi” bir neçə dəfə güclüdü. “Zestafoni”nin kapitanı Tornike Aptsiauri “Qəbələ”də oynayıb. Onların səviyyəsi mənə bəllidi. Heyətinə görə “Neftçi” onları üstələyir. Büdcədən heç danışmıram. Bütün suallara elə Bakıda aydınlıq gələ bilər.
 
- Bəs alınmasa?
- Klublarımızın transfer bazarındakı çalışmaları mənim xoşuma gəlmir. Rəqabəti daha da gücləndirmək üçün güclü futbolçuların alınması lazımdı. Flavinyo indi “Neftçi”də özünü əvəzolunmaz hesab edir. Rəqabət olmayan yerdə isə hər şey pis ola bilər. Bax bu baxımdan mən də uğursuzluqdan ehtiyatlanıram. Amma yenə də mənə elə gəlir ki, Hacıyevin komandası öz istəyinə çatacaq.

- “Bakı”nın Sloveniya “Mura”sına məğlubiyyəti sizi təəccübləndirdi?
- Mən Novruz Əzimovun məşqlərini görməmişəm. Amma hesab edirəm ki, bu uğursuzluqda futbolçuların daha çox günahı var. Onlar baş məşqçinin tapşırıqlarını yerinə yetirə bilmədilər. Çoxları hesab edir ki, Şoliç ilk dəqiqələrdən oynamalı idi. Niyə? Klub rəhbərliyi bu uğursuzluğu diqqətlə analiz etməlidi. “Mura” kimi problemlər içində olan, Bakıda meydana çıxmağa forma tapa bilməyən, “Bakı”nın ehtiyat formasını geyinib meydana çıxan komandanın bizim varlı klubumuzu məğlub etməsi çox üzücüdü.
 
- Deməli, günahkar futbolçulardı?
- Elvin Məmmədov oyunu boşa verdi. Maris Verpakovskini niyə saxlayırlar, baş açmıram. Uinston Parks artıq oynaya bilmir. Çoxları düşünür ki, futbolumuz inkişaf edir. Amma mən hesab edirəm ki, bu mövsüm hansısa klubumuz qrup mərhələsinə vəsiqə qazana bilməsə, inkişafdan danışmamaq lazımdı.
 
- Siz məsələyə çox radikal yanaşmırsız?
- Bizim vaxtımızda oyunçular aya 50-100 dollar alırdılar. Amma həmin pulla ilk mərhələni keçirdilər. Amma indi neçə minlərlə pul qazanan futbolçular meydanda can qoymaq istəmirlər. Bu, qeyri-peşəkarlıqdı. Güclü legionerlər almaq lazımdı.
 
- “İnter”in Estoniya “Trans”ını keçməsi barədə nə deyə bilərsiz?
- “Trans” hətta Bakıdakı oyunda iştirak ərizəsini doldura bilməmişdi. Cəmi 14 futbolçu ilə gəlmişdilər. “İnter”in əsl durumunu Yunanıstan “Asteras”ı ilə oyunlar göstərəcək.
 
- “Xəzər Lənkəran” da Estoniyanın digər klubunu – “Nomme Kalju”nu mübarizədən kənarlaşdırdı...
- “Nomme Kalju” da güclü komanda deyil. Mənə elə gəlir ki, “Xəzər Lənkəran” Polşa “Lech”ini keçə bilər. Püşkatmadan sonra mən sevindim ki, klublarımızın bir neçə mərhələ keçmək şansı olacaq. Bunu bacarmasaq, bizim futboldan danışmağa haqqımız yoxdu.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.