16 iyul 2012 00:45
İnterin aqibətinə bu arenada aydınlıq gələcək (FOTO)
Məlum olduğu kimi, Azərbaycanı Avropa Liqasında təmsil edən “İnter” bu turnirin ikinci təsnifat mərhələsi çərçivəsində Yunanıstan “Asteras”ı ilə qarşılaşacaq. Azerisport.az xəbər verir ki, ilk oyununu iyulun 19-da Bakıda, “Dalğa Arena”da keçirəcək “bankirlər” cavab görüşünə səfərdə çıxacaq.
Həmin görüş isə iyulun 26-da “Asteras”ın təmsilçisi olduğu Tripolis şəhərində oynanılacaq. Qarşılaşma “Asteras Tripolis” stadionunda keçiriləcək. Qeyd edək ki, bu arena 7 700 azarkeş tutumuna malikdi.
