16 iyul 2012 13:15
Bruno Bertuççi: Neftçinin Zestafonini keçəcəyinə 100 faiz əminəm
“Neftçi”nin yeni transferi, braziliyalı müdafiəçi Bruno Bertuççi UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin Gürcüstan “Zestafoni”si ilə oyunu öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
- Artıq sabah “Neftçi” Çempionlar Liqasında ilk oyununu keçirəcək. Sizcə, komandanız Avropanın ən nüfuzlu klub turnirində neçə oyun keçirə biləcək?
- Çətin ki, belə bir turnirdə maksimum oyun keçirə bilək. Amma Çempionlar Liqasında mümkün qədər çox qalmaq istəyirik.
- Çətin ki, belə bir turnirdə maksimum oyun keçirə bilək. Amma Çempionlar Liqasında mümkün qədər çox qalmaq istəyirik.
- Demək olar ki, siz “Neftçi”yə məhz ÇL-də çıxış etmək üçün keçmisiz?
- Çempionlar Liqasında oynamaq mənim uşaqlıq arzum idi. Özümü yaxşı tərəfdən göstərmək istəyirəm. Amma “Neftçi”yə keçidimdə yalnız bunun rol oynadığını söyləmək düz olmaz. Mən bu klubun tarixindən xəbərdaram. Bilirəm ki, Azərbaycanın ən böyük klubuna keçmişəm.

- Çətin ki, Braziliya millisinin məşqçiləri sizin Azərbaycanın ən böyük klubundakı çıxışınızı izləsin...
- Mən Braziliyanın gənclərdən ibarət yığmasında oynamışam. Əsas milliyə qayıtmaq arzumdu. Oyunuma davam edəcəm. Görək nə alınır.
- Demək olar ki, bütün sınaq matçlarında meydana ilk dəqiqələrdən çıxırdınız. Görünür, uyğunlaşma prosesi asan keçdi...
- Mən yeni komandamda özümü yaxşı hiss edirəm. Səylə çalışıram. Məşqçilər korpusu güvənsə, oynamağa hazıram.
- “Neftçi” “Zestafoni” ilə oyunlara nə dərəcədə hazırdı?
- Biz çox faydalı hazırlıq prosesi keçirdik. Bir neçə uğurlu sınaq matçı oynadıq. Fikrimcə, komanda 100 faiz hazırdı.
- Adətən Azərbaycan futbolunda 100 faizdən istifadə etmirlər. Ən azı ehtiyat üçün. Bəs mərhələ keçmək şanslarınızı necə qiymətləndirirsiz?
- 100 faiz əminəm ki, biz mərhələ keçəcəyik (gülür).
- 100 faiz əminəm ki, biz mərhələ keçəcəyik (gülür).
- “Zestafoni” haqda nə bilirsiz?
- Bilirik ki, güclü komandadı. Son Gürcüstan çempionudu. Rəqibimizə hörmətlə yanaşırıq. Bu, rəqib barədə bilməyim lazım olan şeylərdi. Çalışacağıq ki, öz oyunumuzu göstərək.
- Bilirik ki, güclü komandadı. Son Gürcüstan çempionudu. Rəqibimizə hörmətlə yanaşırıq. Bu, rəqib barədə bilməyim lazım olan şeylərdi. Çalışacağıq ki, öz oyunumuzu göstərək.
- Komandanın əsas müdafiəçilərindən biri də siz olacaqsız. Belə oyunlarda əsas məqam isə ondan ibarətdi ki, qol vurub, buraxmayasan. Sizcə, bu, “Neftçi”də alınacaq?
- Müdafiə ancaq arxa xətdə oynayanlardan yox, həm də bütün komanda üzvlərindən asılıdı. Kompakt şəkildə oynamaq lazımdı. İnanıram ki, qol buraxmayacağıq. Eyni zamanda qol vuracağımıza da ümidliyəm.