16 iyul 2012 00:54
Cavid Hüseynov Türkiyədə 25 nömrə altında oynayacaq
Futbol üzrə Azərbaycan milli komandasının üzvü Cavid Hüseynov Türkiyədə də ənənəsinə sadiq qalacaq. Azerisport.az xəbər verir ki, gənc yarımmüdafiəçi yenicə müqavilə bağladığı TFF birinci liqa təmsilçisi “Adana Dəmirspor”da 25 nömrəli forma altında çıxış edəcək.
Cavid “Neftçi”də son olaraq, “11” nömrə altında mübarizə aparsa da, onun ənənəvi nömrəsi 25-di.
Qeyd edək ki, Hüseynov yeni komandasının hazırlığına bu gün Boluda qoşulacaq.
