16 iyul 2012 13:22

Qəbələ Çexiya klubuna qarşı hansı heyətlə mübarizə aparıb?

Xəbər verdiyimiz kimi, Sloveniyada hazırlıqlarını davam etdirən “Qəbələ” adıçəkilən ölkədə ilk yoxlama oyununu keçirib. Azerisport.az xəbər verir ki, Çexiya təmsilçisi “MFK Karvina” ilə üz-üzə gələn komandamız meydançaya aşağıdakı start heyətlə çıxıb:
 
Anar Nəzirov, Vurğun Hüseynov (k), Nodar Məmmədov, Ürfan Abbasov, Daniel Lopez Kruz, Rəşid Əmiraslanov, Aleksandr Çertoqanov, Rəşad Abdullayev, Rövşən Əmiraslanov, Yannik Kamanan, Amil Yunanov.
 
Güclü yağışdan sonra baş tutan görüşün ilk hissəsi tərəflərin qarşılıqlı hücumları ilə start götürüb. İlk təhlükəli vəziyyət isə Yannik Kamananın aktivinə yazılıb. Fransalı hücumçunun uzaq məsafədən qüvvətli zərbəsi qapıçı səddini aşsa da, qapı tiri hesabın açılmasına imkan verməyib. Əvəzində çexlər vəziyyəti öz xeyirlərinə dəyişməyə müvəffəq olublar. Presl Antonin komandasını irəli çıxarıb.
İkinci hissəyə “Qəbələ” fərqli heyətlə çıxıb. Start heyətdən yalnız Amil Yunanov və Nodar Məmmədov mübarizəni davam etdiriblər:
 
Dieqo Koşta, Deyan Kelhar, Murad Musayev, Şəhriyar Xəlilov, Nodar Məmmədov, Yaşar Abuzərov, Bruno da Silva, Kamal Mirzəyev, Elmar Baxşıyev (k), Viktor Mendi, Amil Yunanov.
 
İlk hissədən fərli olaraq “Qəbələ” ikinci 45 dəqiqəyə daha sürətli başlayıb. Rəqibin qapısı qarşısında ard-arda təhlükəli vəziyyətlər yaratsa da, son anda qeyri dəqiqlik  status-kvonun bərpa olunmasına imkan verməyib. Elmar Baxşıyev, Amil Yunanov, Kamal Mirzəyev və Viktor Mendi əlverişli vəziyyətlərdən yararlana bilməyiblər. Matçın sonlarına doğru Amil Yunanov gənc Seymur Əsədovla əvəzlənib. Beləliklə, “Qəbələ” Sloveniyada keçiridyi ilk yoxlama görüşündən minimal hesablı məğlubiyyətlə ayrılıb.
 
Xatırladaq ki, yüngül zədəsi olan Luis Hilario Dodo və Muammer Erdoğdu heyətdə yer almayıblar.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.