16 iyul 2012 01:12
Lehc XL-la oyunlar öncəsi 2 futbolçudan imtina edib, ikisini aldı
Avropa Liqasının ikinci təsnifat mərhələsində “Xəzər Lənkəran”ın rəqibi olan Polşanın “Lech” klubu Azərbaycan təmsilçisi ilə oyunlar öncəsi heyətində bəzi islahatlar həyata keçirib. Azerisport.az xəbər verir ki, Poznan təmsilçisi ilk təsnifat mərhələsində Qazaxıstanın “Jetisu” komandasıyla görüşlər üçün sifariş etdiyi oyunçulardan ikisini – Sergey Krivetslə Kamil Driqasın adını siyahıdan çıxarıb.
Buna onların başqa klublara keçidi səbəb olub. Lakin “Lech” onların əvəzində başqa oyunçuların adlarını sifariş edib. Belə ki, “Xəzər Lənkəran”la oyunlarda “Legia”dan alınan Yakub Vilk, eləcə də “Olimpia”dan transfer olunan Yaroslav Ratajçak da poznanlılara kömək etmək şansına malik olacaq.
Bütövlükdə isə “Lech” təmsilçimizlə oyunlar üçün iştirak ərizəsinə 22 futbolçunun adını daxil edib. Onlardan 3-ü qapıçı, 6-sı müdafiəçi, 8-i yarımmüdafiəçi, 5-i hücumçudu. Lakin polşalıların siyahıya yeni futbolçunun adının daxil etməsi də istisna deyil.
Qapıçılar: Yasmin Buriç, Kristof Kotorovski, Aleksandr Vandzel;
Müdafiəçilər: İvan Dyurdyeviç, Tomaş Kedziora, Manuel Arboleda, Hubert Volakyeviç, Luis Enrikes, Martin Kaminski;
Yarımmüdafiəçilər: Lukas Tralka, Yaçek Kyelb, Yakub Vilk, Yaroslav Ratajçak, Rafal Muravski, Simon Drevnyak, Aleksandr Tonev, Mateus Mojdjen;
Hücumçular: Dyerqo Lovrençiks, Patrik Volski, Voyo Ubiparip, Bartos Slusarski, Bartos Bereşinski.
“Xəzər Lənkəran”la “Lech” arasında ilk oyun iyulun 19-da Lənkəranda, cavab matçı bir həftə sonra Poznanda keçiriləcək.
