16 iyul 2012 13:30
Azərbaycan - Bəhreyn oyunu Dalğa Arenada
Azərbaycan və Bəhreyn milli komandaları arasında yoldaşlıq oyununun keçiriləcəyi stadion müəyyənləşib. Azerisport.az xəbər verir ki, qarşılşma AFFA Futbol Mərkəzindəki "Dalğa Arena"da keçiriləcək.
Məlumatı AFFA-nın rəsmi saytı yayıb. Maraq üçün qeyd edək ki, bu oyun avqustun 15-də baş tutacaq. Qarşılaşma saat 21:00-da start götürəcək.
