16 iyul 2012 13:43
Neftçi jurnalistlər və azarkeşlər üçün avtobus ayırdı
16.07.2012-ci il tarixində "Dalğa Arena"da "Neftçi" və "Zestafoni" komandalarının açıq məşqi və mətbuat konfransının keçirilməsi barədə məlumat vermişdik. Azerisport.az xəbər verir ki, tədbiri işıqlandırmaq istəyən KİV nümayəndələri üçün "Neftçi" tərəfindən avtobus ayrılacaq.
Avtobus 16.07.2012-ci il tarixində saat 18:00-da Gənclik Metrostansiyasının yaxınlığından yola düşəcək. Məlumatı paytaxt klubunun rəsmi saytı yayıb.
Qeyd edək ki, “Neftçi” – “Zestafoni” qarşılaşması sabah “Dalğa Arena”da keçiriləcək və saat 21:00-da başlayacaq.
