16 iyul 2012 01:39
Neftçinin rəqibi Şeratonu seçdi
UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində Azərbaycan çempionu “Neftçi”nin rəqibi olan Gürcüstan “Zestafoni”sini bu gün Bakıya gələcək. Azerisport.az xəbər verir ki, çarter reysi ilə səfər edəcək qonşu ölkə təmsilçisi 16.00-da Heydər Əliyev adına beynəlxalq hava limanında olacaq.
Artıq gürcülərin Bakıda harda məskunlaşacağı da bəllidi. Belə ki, Gürcüstan çempionu “Şeraton” otelində məskunlaşacaq.
