16 iyul 2012 14:05
Neftçi – Zestafoni matçının bütün təyinatları
Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək “Neftçi” – “Zestafoni” (Gürcüstan) matçına bütün təyinatlar açıqlanıb. Azerisport.az xəbər verir ki, matçı rumın referi İonut Marius Avram idarə edəcək.
Yan xətt hakimi funksiyasını Miklos İstvan Nanri və Sebastyan George yerinə yetirəcək.
Dördüncü hakim Draqos İstrate olacaq. Hakimlərin işinə isə maltalı hakim-inspektor Viktor Mintoff qiymət verəcək.
Qeyd edək ki, “Neftçi” – “Zestafoni” oyunu iyulun 17-də, saat 21:00-da, “Dalğa Arena”da keçiriləcək.
