16 iyul 2012 14:25
Azərbaycan yığmasının oyunçuları klubsuz qaldılar
Ukraynanın futzal üzrə “Uragan” klubu heyətində ciddi islahatlar həyata keçirib. Azerisport.az xəbər verir ki, ukraynalılar birdən-birə altı oyunçusu ilə yollarını ayırmağa qərar veriblər.
Onların arasında Azərbaycan yığmasının üzvləri – Serjao ilə Maşado Nilson da var. Hər iki braziliyalı oyunçunun klubla müqaviləsinin müddəti başa çatıb. Klub rəhbərliyi isə yeni müqavilə bağlamaq istəməyib.
