16 iyul 2012 14:47
Neftçi Anderlecht və ya Celtici Bakıya gətirə bilər
Azərbaycan çempionu “Neftçi” sabah UEFA Çempionlar Liqasında ikinci təsnifat mərhələsinin ilk oyununa çıxacaq. Azerisport.az xəbər verir ki, Gürcüstan “Zestafoni”sinə rəqib olan təmsilçimizin növbəti mərhələyə çıxıb-çıxmayacağına qarşıdakı bir həftə ərzində aydınlıq gələcək.
Bu arada komandamızın “Zestafoni” səddini keçəcəyi halda hansı klublarla qarşılaşa biləcəyi məlumdu. Belə ki, “Neftçi” Avropanın bəzi nəhəng klublarından birini Bakıya gətirə bilər.
Qeyd edək ki, üçüncü təsnifat mərhələsinin püşkatması zamanı həm “Neftçi”, həm də “Zestafoni” mərhələ keçəcəyi halda “səpələnməmişlər” səbətində yer almalı olacaq. Belədə, Azərbaycan çempionu “səpələnmişlər” arasındakı daha güclü komandalardan birinə rəqib olmalıdı. Həmin nəhənglərin siyahısı isə aşağıdakı kimidi:
Mübarizəyə birbaşa 3-cü mərhələdən başlayan klublar: Anderlecht (Belçika), Celtic (Şotlandiya), CFR Cluj (Rumıniya).
Eləcə də ikinci təsnifat mərhələsində mübarizə aparan aşağıdakı cütlərin qalibləri: Flora (Estoniya) – Basel (İsveçrə), BATE (Belarus) – Vardar (Makedoniya), Dudelange (Lüksemburq) - Red Bull Salzburg (Avstriya), Ludogorets (Bolqarıstan) - Dinamo (Zaqreb, Xorvatiya), Zilina (Slovakiya) - İroni Kiryat Shmona (İsrail), Valletta (Malta) – Partizan (Serbiya), TNS (Uels) – Helsingborg (İsveç).
Qeyd edək ki, ÇL-in üçüncü təsnifat mərhələsinin püşkatma mərasimi iyulun 20-də atılacaq. Bu mərhələnin oyunları isə 31 iyul-1 avqust və 7-8 avqust tarixlərində keçiriləcək.
