16 iyul 2012 14:58
İnterin rəqibi daha bir oyunçu transfer etdi
Yunanıstanın “Asteras” klubu Avropa Liqasının ikinci təsnifat mərhələsində qarşılaşacaqları Azərbaycan “İnter”i ilə görüşə hazırlıqlarını davam etdirir. Azerisport.az xəbər verir ki, Tripolis təmsilçisi təlim-məşq toplanışı ilə yanaşı heyətini gücləndirməyi də unutmur.
Belə ki, “Asteras” yeni müdafiəçi alıb. Bu, 24 yaşlı Dimitris Russosdu. O, yeni klubu ilə 3 illik müqaviləyə imza atıb. Lakin onun “İnter”ə qarşı oynayıb-oynamayacağı dəqiq deyil.
Qeyd edək ki, “İnter”lə “Asteras” Avroliqanın ikinci təsnifat mərhələsindəki ilk oyuna iyulun 19-da Bakıda, cavab matçına isə ayın 26-da isə Tripolisdə çıxacaq.
