16 iyul 2012 15:19

“Getdikcə daha yaxşı oyun göstərib, daha yaxşı nəticələr əldə edəcəyik”

“Qəbələ”nin baş məşqçisi Fatih Kavlak Sloveniyada baş tutan ilk yoxlama görüşündən – Çexiya təmsilçisi “MFK Karvina” ilə (0:1) qarşılaşmadan sonra fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, türkiyəli mütəxəssis hazırlıq matçından istədiklərini aldığını söyləyib:
 
“Sloveniyadakı ilk hazırlıq matçını arxada qoyduq. Bu qarşılaşmada məqsədimiz futbolçuların oyun tempinə uyğunlaşması prosesinə start vermək idi. Həm də futbolçuların birlikdə oynamasına, bir-birinə öyrəşməsinə ehtyac var idi ki, sözügedən qarşılaşma bunun başlanğıcı oldu. Oyundan istədiklərimizi aldıq.  Futbolçular verilən tapşırıqları yerinə yetirdilər. Amma müəyyən qüsurlar, çatışmazlıqlar da oldu. Belə yoxlama görüşlərini keçirməyimizdə məqsəd məhz bu qüsurları görmək və onları aradan qaldırmaqdı”.
 
Komandanın yaxşı fiziki durumda olduğunu deyən Kavlak heyətdəki  futbolçuların, xüsusilə də yeni transferlərin onlardan gözlənən performansı ortaya qoyduğunu bildirib:
 
“Komandanın fiziki durumunu bəyəndim. Oyundan bir gün öncə və oyun günü ümumilikdə 3 məşqə çıxmışdıq. Komandadakı bütün futbolçular onlardan gözlədiyimiz performansı ortaya qoydular. Yeni futbolçular da komandaya qısa müddətdə uyğunlaşmaları ilə diqqət çəkdilər. Sanki uzun müddətdi “Qəbələ”də oynayırlar. Matçda bizi mənfi mənada təəccübləndirən hər hansı bir hadisə yaşanmadı. Hər şey istədiyimiz kimi davam və inkişaf edir”.
 
Baş məşqçi qarşıdakı yoxlama görüşlərində oyun tempinin getdikcə yüksələcəyini və bu matçlarda ideal heyəti müəyyənləşdirəcəklərini söyləyib:
 
“Qarşıdakı oyunlarda temp getdikcə yüksələcək. Taktiki-texniki tapşırıqlarımızı verib, bir-biri ilə anlaşan ideal heyətimizi müəyyənləşdirəcəyik. Getdikcə daha yaxşı oyun göstərib, daha yaxşı nəticələr əldə edəcəyik”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.