16 iyul 2012 15:26
Simurqda dörd yeni futbolçu
"Simurq" Avstriyadakı hazırlıqları davam etdirir. Azerisport.az xəbər verir ki, artıq gündə iki dəfə olmaqla məşqlərə başlayan komanda səhər idmanında yüngül fiziki təlimdən sonra taktiki və texniki tapşırıqlar üzərində işləyib.
"Simurq"un düşərgəsinə artıq yeni futbolçular da qoşulub. Baxışa dəvət olununanlardan xorvatiyalı yarımmüdafiəçi Stepan Polyak, bosniyalı müdafiəçi Dilaver Zrnanovic, sloveniyalı mərkəz müdafiəçisi Milan Andelkoviç və slovakiyalı qapıçı Darko Brljak bu gün komanda ilə məşqlərə başlayıb. Onlar haqqında son qərarı yoldaşlıq göüşlərindən sonra baş məşqçi Georgi Çixradze verəcək.
