16 iyul 2012 16:08

Əfran İsmayılov: İnter və XL ilə müqayisədə Neftçinin mərhələ adlamaq şansı daha çoxdu

Futbol üzrə Azərbaycan millisinin və “Qarabağ”ın yarımmüdafiəçisi Əfran İsmayılov azerisport.az saytına müsahibəsində komandasının Türkiyə toplanışından danışıb, klublarımızın avrokuboklardakı çıxışını və şanslarını dəyərləndirib.

- Türkiyədəki təlim-məşq toplanışının birinci mərhələsi barədə nə deyə bilərsiz?
- Hər şey əla keçdi. Daha çox fiziki hazırlığa diqqət yetirilirdi. Baş məşqçi Qurban Qurbanov da bildirib ki, yoxlama oyunlarımızdan razı qalıb. Baxmayaraq ki, həmin oyunlarımız ağır məşqlərdən sonra keçirilirdi. Əminəm ki, ikinci hazırlıq prosesimiz də effektli alınacaq.

- İranın “Zobahan” və “Traktorsazi” klubları münasib rəqiblər idi?
- Əlbəttə. Hər ikisi möhkəm komanda idi. Amma aydın məsələdi ki, “Traktorsazi” daha güclü komandadı.

- Bu komanda ilə oyununuz təkcə futbol baxımından maraq doğurmurdu...
- Bəli. Həqiqətən də Təbriz və Ağdam klublarının qarşılaşması maraqlı afişa idi. Biz bu qarşılaşmadan qalib ayrıldıq. Hesab edirəm ki, buna layiq idik.
 
- Avrokuboklardakı klublarımızın çıxışı barədə nə deyə bilərsiz?
- Etiraf edim ki, mən daha çox “Bakı” ilə “Neftçi”yə ümid edirdim. Amma təəssüf ki, “zolaqlılar” ümidləri doğrulda bilmədilər. Onları günahlandırmaq da istəmirəm. Hər iki oyunda hücum etdilər, irəlidə oynadılar. Hərdən uğursuzluqlar da olur, bundan qaçmaq olmur. Məsələn, biz heç ümumiyyətlə avrokuboklara düşə bilməmişik. Hər halda “Bakı”da bütövlükdə görülən işləri nəzərə alsaq, bu komandanın gələcəyinə inanıram.
 
- Sabah “Neftçi” Çempionlar Liqasında Gürcüstan çempionu “Zestafoni” ilə ilk oyununa çıxacaq...
- “Neftçi” ilk oyunda qələbə qazanmalıdı. Ən azı qolsuz heç-heçə etməyə ehtiyac var. Çünki belə olan həldə səfərdə qollu heç-heçə də komandamıza mərhələ adlamağa kömək edə bilər.  “Neftçi” mərhələ adlasa, sonradan hətta məğlub olacağı təqdirdə də Avropa Liqasında mübarizəni davam etdirmək şansına malik olacaq. Ona görə də komanda bütün gücünü qoyub, üçüncü mərhələyə vəsiqə qazanmalıdı.
 
- “Xəzər Lənkəran”ın Polşa “Lech”i, “İnter”in Yunanıstan “Asteras”ı ilə görüşlərdəki şansları barədə nə düşünürsüz?
- Bu komandalar ilk mərhələdəki rəqiblərdən fərqlənirlər. Fikrimcə, “Xəzər Lənkəran”ın rəqib baxımından bəxti gətirməyib. “Lech” “Asteras”la müqayisədə daha güclü komandadı. Lakin istənilən halda qələbə qazanmaq aazımdı. Avrokuboklarda mübarizəni davam etdirmək üçün başqa çıxış yolu yoxdu.
 
- Kimin növbəti mərhələyə adlamaq şansı daha çoxdu?
- Dediyim kimi, əsas ümidlərim “Bakı” və “Neftçi”yə idi. Onlardan biri sıradan çıxdı. İndi qalır “Neftçi”.
 
- Avrokubokları kənarda izləmək çətin deyil ki?
- Əlbəttə, özümüz də avrokuboklarda oynamaq istərdik. Amma biz həmin uğursuzluğu unutmalıyıq. Nəhayət ki, bu mövsüm istirahət etdik. Növbəti mövsümə daha yaxşı hazırlaşmaq imkanımız olacaq.

 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.