16 iyul 2012 16:16
AFFA-da jurnalistlərlə görüş olacaq
Sabah - iyulun 17-də AFFA-da Milli Mətbuat günü ilə bağlı Kütləvi İnformasiya Vasitələrinin nümayəndələri ilə görüş keçiriləcək. Azerisport.az xəbər verir ki, görüş AFFA-nın inzibati binasının 1-ci mərtəbəsindəki iclas zalında baş tutacaq.
AFFA-nın rəsmi saytının verdiyi məlumata görə, görüş saat 17:00-da başlayacaq.
